16 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Keçirilən tədbirdə Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov, məktəb direktorları, valideynlər və məktəblilər, YAP Gənclər Birliyinin fəalları, 272 və 177 saylı körpələr evi-uşaq bağçasından olan uşaqlar iştirak etmişdirlər. “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilər Naxçıvana yola düşməzdən əvvəl ümummilli lider Heydər əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsini ziyarət etdilər.
Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 27 məktəbli iştirak edəcəkdir. şagirdlərə uğurlar diləyən natiq tur-aksiyadan müsbət şəkildə yaralanmağı tövsiyyə etdi.
Mərasimdə çıxış edənlər 284 nömrəli tam orta məktəbin direktoru Nizami Novruzov, “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı Elen Cəfərzadənin valideyni Rəmziyyə Sadıxova “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdılar.
Qeyd olundu ki, məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.
Yola salma mərasimi konsert proqramı ilə davam etdi.
Bayram əhval-ruhiyyəsində keçən mərasimdə 177 və 272 saylı körpələr-evi uşaq bağçalarının fidanları tərəfindən milli rəqslər nümayiş olundu.
Sonda tur-aksiyanın iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla Heydər əliyev Beynəlxalq Aeroportuna yola düşdülər.
Belediyye.info